ABŞ-də çoxmərtəbəli qaraj çökdü: Ölən və yaralananlar var – VİDEO

Dünya


ABŞ-nin Nyu-York şəhərində çoxmərtəbəli qaraj çöküb.

Hadisə Manhetten səmtində yerləşən dördmərtəbəli parklama ərazisində baş verib. Nəticədə azı bir nəfər ölüb, beş nəfər yaralanıb.

Faciəvi hadisənin səbəbləri araşdırılır. Təcili yardım xidmətləri hadisə yerinə yollanıblar.

İlkin məlumatlara görə, dağıntılar altında daha insan yoxdur.

Videogörüntülərdə dağılmış beton plitələrin altında qalaqlanan avtomobillər diqqət çəkir.

Mənbə: Reuters

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir