Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Odessa şəhəri uzun fasilədən sonra yenidən hücuma məruz qalıb.
Məlumata görə, Rusiya Silahlı Qüvvələri Qara dəniz və Krım istiqamətindən şəhərə kütləvi dron hücumu təşkil ediblər.
O da bildirilib ki, Rusiya Ordusu Donetskin Avdeyevka və Baxmut şəhərlərinə hücumu daha da gücləndirib.
“Hücumlar zamanı Donetskdə həmyerlilərimiz də zərər çəkib. Nicat Həşimovun Toretsk şəhərindəki evi mərmi zərbələrindən tamamilə yararsız hala düşüb. Həmçinin bir müddətdir itkin düşən Hüseyn Mərdanovun meyiti tapılıb”.
www.102info.az