ABŞ hakimiyyəti pilotsuz uçuş aparatları (PUA) və silah istehsalı da daxil olmaqla, elektronikanın alınmasında İrana dəstək verən altı qurum və bir fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin çərşənbə günü dərc olunmuş bəyanatında deyilir.
“Bu gün ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi İrana sabitliyi pozan hərbi proqramları üçün elektron komponentlər, o cümlədən PUA istehsalında istifadə olunan elementlər əldə etməkdə yardımçı olan altı qurum və bir şəxsə məhdudiyyətlər qoyub”, – sənəddə qeyd edilib.
Mənbə: TASS
www.102info.az