Türkiyə hakimiyyəti 2024-cü ildə qaz qovşağı vasitəsilə əməliyyatların aparılmasına başlamağı planlaşdırır.
Bunu çərşənbə günü TRT-yə müsahibəsində ölkənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
“Təbii qaz mərkəzinə gəlincə, biz 2024-cü ildə ilk əməliyyatları həyata keçirməyə başlayacağıq”,- deyə o, bildirib.
Nazir prosesin necə həyata keçiriləcəyini dəqiqləşdirməyib.
www.102info.az