Kazan teleqülləsi Ramazan bayramı münasibəti xüsusi işıqlandırılacaq

Dünya


Rusiyanın Tatarıstan Respublikasının paytaxtında yerləşən Kazan Televiziya Qülləsi Ramazan bayramı münasibəti ilə xüsusi işıqlandırılacaq.

Bu barədə Tatarıstan müftisi Kamil Samiqullin məlumat verib.

“Bu il hündürlüyü 180 metr olan Kazan teleqülləsi Ramazan bayramı ilə əlaqədar parlaq şüalarla işıqlandırılacaq. Bu, sabah, aprelin 20-nə təsadüf edəcək. Teleqüllə milli ornamentlərlə işıqlandırılacaq və üzərində “Fitr bayramı” yazılmış görüntü əks olunacaq”,  – deyə müfti bildirib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir