Finlandiyanın yeganə hərbi aerodromunun ərazisində Şimali Atlantika Alyansı Təşkilatı üçün baza yaratmaq təklif edilib.
Finlandiyanın Kauhava şəhər şurası bu təkliflə ölkə hakimiyyətinə müraciət edib.
Bu hava limanı Baltikanın (Botnik körfəzinin yaxınlığında) mərkəzində yerləşir və ölkənin qərbində ən uzun uçuş-enmə zolağına malikdir – 2,7 kilometr.
Şəhərin özü yüksək logistik kommunikasiyaları ilə seçilir: quru yolu ilə (yaxşı magistrala malikdir), dəmiryolu ilə (dəmiryolu xətti qonşuluqdan keçir) və dənizlə (bu yaşayış məntəqəsində üç liman var).
Xatırladaq ki, Finlandiya 4 aprel 2023-cü il tarixində NATO-ya üzv olub.


Mənbə: MK.ru
www.102info.az