ÜST Sudanda toqquşmalarda ölənlərin sayını açıqladı

Dünya


Aprelin 15-də Sudanda hərbi əməliyyatların başlanmasından bəri azı 270 nəfər ölüb, 2600-dən çox insan yaralanıb.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus bildirib.

Ölənlər arasında ən azı 174 mülki şəxs var. 1041 mülki şəxs yaralanıb.

Qeyd olunur ki, hərbi əməliyyatlar zamanı qurbanların dəqiq sayını söyləmək çətindir.

Aprelin 18-də tərəflər atəşkəs elan etsə də, Sudan ordusunun bölmələri ilə xüsusi təyinatlılar arasında silahlı toqquşmalar davam edir.

Mənbə: Sky News Arabia

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir