Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarış aprelin 22-23-də baş tutacaq.
Digər gimnastlar Sara Əlixanlı, Sənəm Kazımova, Dilarə Qurbanova və Məryəm Topçubaşova isə eyni şəhərdə təşkil olunacaq beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.
www.102info.az