NATO-nun keçmiş baş katibi niyə Rusiyanın hərbi alyansının üzvü üçün lobbiçilik edir? – ŞƏRH

Dünya


Ukraynadakı hazırkı müharibə dövründə NATO-nun sülhü təmin etməli bir təşkilat olduğunu yaddan çıxarmaq asandır.

Bəs NATO-nun keçmiş baş katibi uzunmüddətli rəqibi və qonşusu arasında sülhü möhkəmləndirmək və ya yaratmaq üçün alyansa daxil olmayan bir ölkəyə getdiyi zaman buna nə ad vermək olar?

Bu barədə Litvanın “Sąjudis” azadlıq hərəkatının keçmiş Litva-ABŞ müşaviri və ABŞ-də Respublikaçılar Milli Komitəsinin keçmiş üzvü Saul Anuzis yazıb. Anuzisin şərhini təqdim edirik:

Cari il martın ortalarında NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin iki il əvvəl müharibə baş verən Ermənistana səfər edib. O, Qafqazda keçmiş sovet ölkəsi olan Ermənistanla qonşusu Azərbaycanın sülh müqaviləsi bağlamalarına çalışıb.

Ancaq Ermənistan Rusiyanın altı dövlətli Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi alyansının nəinki üzvü, həm də onun sədri olduğundan NATO-nun keçmiş rəhbərinə səfər üçün Ermənistan hökuməti tərəfindən pul ödənilməsi bəzi suallar doğurur.

Rasmussen pul məsələsi haqqında heç bir müsahibəsində, “tweet”ində və media üçün məqaləsində açıqlama verməyib, halbuki, onun Rusiyanın hərbi müttəfiqi ilə tranzaksiya əlaqələri Avropa İttifaqının lobbiçilik reyestrində qeyd edildiyi zaman bunu etməli idi.

Dürüst olmayan, ikiüzlü davranışdır və bu, onun statusunda olan bir insana yaraşmır.

Rasmussen hələ də çoxlarını təəccübləndirir və bot ordusunu işə salıb

Amma əsl sürpriz ermənilərin ona pul ödədikləri vaxt verdiyi açıqlamalardır. Səfərlə bağlı ən mühüm media müsahibəsində o, sülh perspektivlərini qaldırıb və qonşusu ilə sülh müqaviləsi imzalayacağı təqdirdə Ermənistan xalqı üçün danılmaz iqtisadi faydaları tərifləyib.

O, həmçinin qeyd edib ki, bu sülhə nail olmaq üçün Azərbaycanın sərhədləri daxilində yerləşən, xeyli erməni separatçısının yaşadığı Qarabağın statusunun həll edilməsi gərəkdir.

Bu məsələdə o haqlıdır: Ermənistanın Rusiya ilə dost olub-olmaması, eləcə də onun Moskvanın hər iki – Avrasiya İqtisadi İttifaqına və hərbi alyansına (KTMT – red.) üzvlüyü və bu səbəbdən yaxınlığı ehtimalı qonşularla sülhün hər bir ölkəyə fayda verməsi faktını dəyişdirmir.

Onun “sülh yaxşıdır, iqtisadi tərəqqi isə daha da yaxşıdır” fikri isə sosial media “döyüşçü”lərini hiddətləndirib.

Rasmussen tezliklə kəskin tənqidə məruz qaldı, “İrs” Fondundan Ceyms Cey Karafano bir dəfə bunu belə təsvir etdi: “Üzüklərin Hökmdarı” filmindəkindən daha çox troll peyda oldu”.

Hətta Rasmusseni Azərbaycanın ictimai əlaqələrini qurmaqda ittiham edən də tapıldı. Kaş həqiqəti biləydilər…

Ermənistan hökuməti və diasporu parçalanmaya doğru gedir?

Lakin yenə də, ola bilsin ki, Ermənistan hökuməti düzgün lobbiçi seçib.

O, uzun müddət Ermənistan dövlətinin xarici siyasətini yönləndirən ABŞ və Fransadakı güclü erməni diasporunun eşitmək istədiyini deməkdən çox uzaqdır, Rasmussen olanları dedi.

Alternativin nəticə etibarı ilə Rusiyadan asılı izolyasiya olduğu halda, qonşu Azərbaycanla sülh və iqtisadi əməkdaşlıq Ermənistanın yoxsul və səbirli vətəndaşları üçün daha yaxşı həyata aparan yeganə əlverişli yoldur.

Mənim kimi keçmiş sovet müşahidəçilərinə belə gəlir ki, bir müddətdir ki, Ermənistan dövləti ilə erməni diasporunun yolları ayrılıb.

Bizim Litvada olduğu kimi, Ermənistanda da müstəqilliyin ilk bir neçə ilində liderləri diaspor seçirdi.

Daha sonra, 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycana qarşı müharibədə qalib gəldikdən sonra, liderləri işğal etdikləri Azərbaycan ərazisi olan Qarabağdan seçməyə başladılar.

Regionun Azərbaycanın suveren ərazisi kimi hüquqi statusunu müdafiə edən, hər bir NATO ölkəsinin ardıcıl səsvermələrlə dəstəklədiyi BMT-nin dörd qətnaməsinə məhəl qoymayan diaspor Ermənistan tərəfindən işğal edilmiş Qarabağın müstəqil dövlət kimi tanınması üçün uzun müddətdir lobbiçilik edir.

İndiki zamanda Ermənistan və Azərbaycan özlərini ədalətli və ağır aparırlar

Ancaq son iki ildə hər şey dəyişdi. Azərbaycan 2020-ci ildə Qarabağın əksər hissəsini geri qaytardı. Bu gün Ermənistanın nəzarətində yalnız cüzi bir şey qalıb.

Bu gün çox az sayda ciddi beynəlxalq ekspert bu məsələnin həllinin yalnız zaman məsələsi və beynəlxalq hüququn lehinə olduğu fikrinə etiraz edə bilər.

Sətiraltı mənanı anlamaq elə də çətin deyil: Rasmussen, sadəcə olaraq, müştərisi olduğu Ermənistan hökumətinin, ola bilsin, siyasi səbəblərdən dilə gətirə bilmədiyi qənaəti səsləndirir.  

Həqiqətən də, Rasmussenin üzərinə düşən sosial media ordusu, bəlkə də, Qarabağın gələcəyi ilə bağlı şəxsi versiyalarının əldən çıxa biləcəyi ilə bağlı məyusluğunu ortaya qoydu.

Rasmussen Ermənistana getməkdə haqlı idi? Şübhəsiz ki, o, bunun ödənişli işgüzar səfər olduğunu daha qabarıq şəkildə bildirməli idi.

Amma görünür, onun səfəri İrəvana öz gündəliyi barədə əvvəlkindən daha aydın danışmağa qapı açdı: Ermənistanın baş naziri Nikol Paşinyan Rasmussen gedəndən dərhal sonra KTMT-ni tənqid etdi və “Twitter” səhifəsində Azərbaycanla sülh müqaviləsinin olacağına əminliyini bildirdi.

Daha sonra o: “Beynəlxalq ictimaiyyət bu narrativi güclü şəkildə dəstəkləməlidir”, – dedi.

Azərbaycan isə Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə vasitəsilə cavab verdi ki, “bölgəmizdə ərazi bütövlüyü və suverenlik üstünlük təşkil etməlidir”.

Bu, uzun illər ərzində iki xalqın ictimai şəkildə bir-birinə cavab olaraq söylədiyi ən ədalətli və balanslı sözlər idi.

Rasmussen bunun əvəzində Ermənistanı silahlandırmağa çağırıb

Ermənistandan qayıtdıqdan Rasmussen “mahnı”nı bir az dəyişdi. Ola bilsin ki, “Üzüklərin Hökmdarı”nın trolları öz təsirini göstərdi.

“Project Syndicate”də dərc olunan məqalədə o, Azərbaycanla yeni münaqişənin qarşısını almaq üçün Avropa İttifaqının Ermənistanı silahlandırmasını təklif etdi.

Aİ, şübhəsiz ki, Ukraynanı, hətta özünü də kifayət qədər silahla təmin edə bilməz, lakin ola bilsin ki, Rasmussenin silahlandırma barədə mesajı ən azı “Twitter”də hücumların sayını azaldıb.

Bunlara rəğmən, NATO-nun sabiq baş katibi, şübhəsiz, belə bir reallığı ortaya çıxardı ki, kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, Ermənistanın həqiqi uzunmüddətli müttəfiqi onun qonşusu, düşməni hesab etdiyi Azərbaycan olmalıdır.

Mənbə: Euronews

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir