Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gün Kiyevdə yenidən hava həyəcan siqnalları verilib.
“Kiyev səmasında böyük bir alov göründü. Hava həyəcan siqnalı gecə yarısına qədər davam etdi. Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrindən verilən məlumata görə, Kiyevə heç bir raket və ya dron hücumu olmayıb. Bildirilir ki, bu hansısa aerokosmik hücum və ya hadisədir”, – deyə jurnalist əlavə edib.
Qeyd edilib ki, hazırda NASA və Ukrayna Aerokosmik Agentliyinin əməkdaşları bu məsələni araşdırır. Əhaliyə belə hallar olduqda sığınacaqlara getmələri ilə bağlı xəbərdarlıq edilir.
O da bildirilib ki, Rusiya Ordusunun Donetsk, Xarkov, Xerson vilayətlərinə kütləvi artilleriya hücumu davam edir.
www.102info.az