Ermənistan parlamentində növbəti dəfə dava düşüb – VİDEO

Dünya


Ermənistanda müxalifətin “Mənim şərəfim var” parlament fraksiyasının üzvü Taquhi Tovmasyan çıxışından sonra parlament tribunasını tərk etməkdən imtina edib.

O, parlamentin tribunasını tərk etməyəcəyini və hakimiyyətin yalan danışmasına imkan verməyəcəyini bildirib.

“Bəsdirin! Məsuliyyət payınızı dərk edin. Mənim vaxtım bitdi, amma tribunadan çəkilməyəcəyəm”, – deyə Taqui Tovmasyan bəyan edib.

Öz növbəsində parlamentin spikeri Alen Simonyan onu iclasın gedişatını pozmamağa və tribunanı tərk etməyə çağırıb.

Lakin Taqui Tovmasyan spikerin bu çağırışına məhəl qoymayıb.

Nəticədə məsələyə parlamentin mühafizə xidməti qarışmalı olub. Mühafizəçilər deputat Taqui Tovmasyanı tribunadan uzaqlaşdırmaq və müxalifətçi deputatları parlament zalından çıxarmaq üçün güc tətbiq ediblər.

Mənbə: Sputnik Ermənistan

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir