Fransada etirazçılar dəmiryol stansiyasına hücum çəkdilər: “Makron istəməsə də…”

Dünya


Fransada pensiya islahatının əleyhdarları dəmiryol stansiyalarına basqın ediblər.

Etirazçılar paytaxt Parisdə dəmiryolu stansiyalarını bağlamağa başlayıblar.

Çox sayda nümayişçinin həmkarlar ittifaqı pankartları ilə Parisdəki Gare du Nord dəmir yolu stansiya binasına hücum etdikləri barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Nümayişçilər bir ağızdan “İşçilərin ləyaqəti və daha yaxşı bir dünya üçün Makron istəməsə də, buradayıq”, – deyə şüar səsləndiriblər.

Fransada martın 16-da hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermə olmadan qəbul etməsindən sonra kütləvi nümayişlər başlayıb.

Qanun layihəsini Fransa Prezidenti Emmanuel Makron imzalayıb.

Mənbə: Anadolu

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir