Murat Kurum: “Ərdoğan bu gün xoş xəbərləri açıqlayacaq”

Dünya


Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bayram namazından sonra açıqlamalar verib.

“Sabah zəlzələdən zərər çəkən soydaşlarımıza söz verdiyimiz kimi tamamlanan ilk evlərimizi təhvil verəcəyik. Onların xoşbəxtliyinə birlikdə şahid olacağıq”.

O qeyd edib:

“Türkiyə builki bayramı kədərlə qarşılayır. Çünki 11 vilayətdə yaşanan zəlzələlər səbəbilə bayramı evlərində keçirə bilməyən vətəndaşlar var. Yaxınları ilə bayramlaşa bilməyən bacı-qardaşlarımız var”.

Türkiyəli nazir vətəndaşların bayramını təbrik etdikdən sonra vurğulayıb ki, bu gün ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziosmanpaşada xoş xəbərlər açıqlayacaq.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir