“Napoli” ulduz futbolçusuna 150 milyon avro qiymət qoydu

Dünya


“Napoli”nin hücumçusu Viktor Osimheni transfer etmək istəyən klubun nə qədər xərcə düşməli olacağı müəyyənləşib.

Neapol təmsilçisinin prezidenti Auerlio De Laurentis ulduz forvarda 150 milyon avro qiymət qoyub. O, 24 yaşlı oyunçunun daha bir mövsüm komandada qalmasını istədiyi üçün belə yüksək məbləğ müəyyənləşdirib.

Hazırda hücumçu uğrunda “Çelsi”, “Mançester Yunayted” və PSJ mübarizə aparırlar.

“Napoli” ilə müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulan Osimhen bu mövsüm komandanın heyətində bütün turnirlərdə 31 oyun keçirib, 26 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: La Gazzetta dello Sport

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir