Türkiyənin hakim partiyasının daha bir ofisinə silahlı hücum oldu

Dünya


Türkiyənin Ədalət və İnkişaf Partiyanın Bahçelievlerdəki ofisinə silahlı basqın edilib.

Qərargah motosikletdən atəşə tutulub.

Bu barədə partiyanın İstanbul rayon sədri Osman Nuri Kabaktepe məlumat verib.

“Bahçelievler Kocasinan Əlaqə Bürosu qarşısında silahlı hücuma cəhdi şiddətlə qınayıram. Bizim ən böyük təsəllimiz hücumda ölən və yaralananların olmamasıdır”, – deyə o, bildirib.

Xatırladaq ki, aprelin 20-də Adananın Çukurova mahalında Ədalət və İnkişaf Partiyası binasına silahlı hücum olub. Binanın qarşısına gələn silahlı şəxs partiya qərargahına atəş açıb.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir