Kolumbiya Prezidenti Qustavo Petro narkotik ticarəti ilə mübarizə üçün ABŞ-dən pilotsuz təyyarələr və qayıqlar istəyib.
O, bu barədə Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüşündən sonra bildirib.
Kolumbiya prezidenti vurğulayıb ki, narkotik ticarəti ilə məşğul olanlara qarşı mübarizə aparmaq üçün Boqota daha yeni texnologiyaya ehtiyac duyur.
Qeyd edək ki, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin hesabatına görə, Kolumbiyada 2021-ci illə müqayisədə 2022-ci ildə narkotik maddələrin qanunsuz dövriyyəsi artıb.
Mənbə: TASS
www.102info.az