Kolumbiyanın Kukunuba ərazisində kömür mədənində baş vermiş partlayışdan sonra itkin düşmüş hesab edilən 4 şaxtaçının meyiti tapılıb.
Bu barədə bölgənin yanğınsöndürmə xidməti məlumat yayıb. Daha əvvəl 3 nəfərin öldüyü və 4 nəfərin itkin düşdüyü barədə məlumat verilib.
İlkin məlumata görə, partlayışa səbəb qaz yığılması olub. Hadisə baş verən zaman içəridə 11 mədənçi olub. Keçən ilin dekabrında milli dağ-mədən agentliyi mədəndə işlərin müvəqqəti qadağan edilməsi barədə göstəriş verib.
Mənbə: EFE
www.102info.az