Ərdoğan: “Maddi vəsaiti olmayan vətəndaşlar da təhlükəsiz evə sahib ola biləcəklər”

Dünya


“Risk qiymətləndirilməsi aparılan evlərin dəyərinin yarısını dövlət olaraq biz qarşılayacağıq”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Qaziosmanpaşa meydanında “Kentsel dönüşüm” layihəsinin açar təslimi və təməlqoyulma mərasimində iştirakı zamanı bildirib.

“Kentsel dönüşüm” layihəsi çərçivəsində “Yarısı bizdən” kampaniyasına başlayırıq. Risk qiymətləndirilməsi aparılan evlərin dəyərinin yarısını dövlət olaraq biz qarşılayacağıq. 100 kvadratmetrlik 2+1 tipli ev tikmək istəyən vətəndaşa bu 1,5 milyona başa gəlirsə, onun 750 min lirəsini biz verəcəyik. Qalan 750 min lirəni isə vətəndaş özü qoyacaq və dərhal evini yeniləyə biləcək. 120 kvadratmetrlik 3+1 tipli ev üçün dövlət tərəfindən qarşılanacaq hissə isə 900 min lirə olacaq ki, bu da 1,8 milyonun yarısına bərabərdir.

Borc götürmək istəyən vətəndaşlara da fərqli imkanlar yaradacağıq. Maddi vəsaiti olmayan vətəndaşlar da təhlükəsiz evə sahib ola biləcəklər.

Kampaniyaya İstanbuldan başlayırıq. Bu yolla hədəfimiz İstanbulda yenilənməyə ehtiyacı olan 1,5 milyon yaşayış yerindən 300 minində bu işləri bir il ərzində başa çatdırmaqdır”, – deyə Ərdoğan qeyd edib.

Türkiyə Prezidenti həmçinin kirayə ilə bağlı da yardımların olacağını deyib.

“İkinci yaxşı xəbərimiz kirayə yardımı ilə bağlıdır. İstanbulda kirayə yardımını 3500 lirədən 5250 lirəyə qaldırırıq. Vətəndaşlar istəsələr kirayə yardımından yararlana bilər, istələr də kreditlə evlərini təmir edə bilərlər”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Mənbə: Hürriyet

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir