Ərdoğanın göstərişi ilə inşa edilən körpü 40 illik nəqliyyat ehtiyacını qarşılayacaq – FOTO

Dünya


Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə inşa edilən 15 İyul Şəhidləri körpüsü aprelin 28-də açılacaq.

Körpü Adananın 40 illik nəqliyyat ehtiyacını qarşılayacaq. Şəhərin şərqi ilə qərbini birləşdirəcək körpünün uzunluğu 800, eni 39 metrdir.

 Onun üzərindən hər gün 100 min avtomobil keçə biləcək.

15 İyul Şəhidləri körpüsü ildə orta hesabla 1 milyon xəstə qəbul edən Adana Şəhər Xəstəxanasına getmək üçün böyük rahatlıq yaradacaq. Bundan əlavə, Çukurova Universitetinə, stadiona, məhkəmə binasına və regional inzibati məhkəməyə girişi xeyli asanlaşdıracaq.

Mənbə: Sabah

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir