Fahrettin Altun Ermənistanın soyqırımı iddialarına sərt reaksiya verdi – VİDEO

Dünya


“Türkiyə bəşəriyyət və region adına həqiqətləri danışmağa davam edəcək”.

Bu sözləri Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun deyib.

Fahrettin Altun ABŞ-nin Nyu-York şəhərindəki Türk Evində kummunikasiya şöbəsi tərəfindən təşkil olunan “Həqiqətə çağırış: 1915-ci il hadisələrinin tarixi reallıqları” adlı panelə videomesajla qatılıb.

O qeyd edib ki, Ermənistanın qondarma soyqırımı iddiaları iki ölkə arasındakı münasibətlərə xələl gətirir. Altun həmçinin Türkiyənin ortaq tarixi komissiyanın yaradılması ilə bağlı təklifinə də Ermənistanın cavab vermədiyini vurğulayıb.

Fahrettin Altun hazırkı dövrü post-həqiqət dövrü olaraq xarakterizə edib. Eyni zamanda Türkiyənin ən çox yalan və dezinformasiyalara məruz qalan ölkə olduğunu qeyd edib.

“Hazırda yaşadığımız post-həqiqət dövründə yalan və dezinformasiya təəssüf ki, həqiqətin və doğrunun yerini almaqdadır. Türkiyə bu dövrün təhdidlərinə ən çox məruz qalan ölkələr arasında ilk sıradadır”, – deyə o bildirib.   

Nazir qondarma soyqırımı yalanının xarici ölkələr tərəfindən Türkiyəyə qəbul etdirilməsinə səy göstərildiyini xatırladıb. “Həqiqətə spekulyasiyalarla deyil, sadəcə tarixi reallıqlarla çatmaq mümkündür. Türkiyə insanlıq və bölgə adına həqiqətləri danışmağa davam edəcək”, – deyə o vurğulayıb.  

Daha ətraflı videosüjetdə: 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir