Malidə hava limanına hücum: Doqquz nəfər həlak olub, onlarla yaralı var – VİDEO

Dünya


Malidə terrorçu qruplaşmanın üzvləri ölkənin hərbi hava qüvvələrinin də yerləşdiyi hava limanının ərazisinə hücum ediblər.

Məlumatı Malinin hərbi komandanlığı da təsdiqləyib.

Bildirilir ki, hava limanı ölkənin mərkəzi hissəsində – Sevare şəhəri yaxınlığında yerləşir.

Hücum zamanı doqquz nəfərin həlak olduğu, 60-a yaxın insanın yaralandığı bildirilir.

Artıq silahlı qruplaşmanın hücumunun dəf edildiyi və hava limanın ərazisində vəziyyətin hakimiyyət ordusunun nəzarəti altında olduğu qeyd edilib.

Mənbə: Abamako

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir