Gürcüstanda intihar edənlərin sayı açıqlandı: Aralarında azərbaycanlı da var

Dünya


Gürcüstanda 2022-ci ildə 437 nəfər intihar edib ki, onlardan da 18-i əcnəbi olub.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatına görə, həyatına son qoyan ölkə vətəndaşlarından 99-u qadın, 321-i kişi olub. Onlardan ən kiçiyinin 10, ən yaşlısının isə 97 yaşı olub. 187 kişi və 43 qadın isə il ərzində intihara cəhd edib.

Həmçinin, bildirilir ki, Gürcüstanda intihar edən əcnəbilərdən 7-i Türkiyə, 4-ü Rusiya, biri Azərbaycan vətəndaşıdır. Bununla yanaşı, intihar edənlərin arasında ABŞ, İtaliya, İran vətəndaşı və vətəndaşlığı müəyyən edilə bilməyən bir nəfər də var.

Mənbə: Sputik Georgia

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir