Mokvada Qələbə Günü paradında iştirak edəcək yeganə xarici lider kimdir? – FOTO

Dünya


Qırğızıstan prezidenti Sadır Japarov bu il Moskvada keçiriləcək Qələbə Günü ilə bağlı paradda yeganə xarici prezident olacaq.

Bu barədə “Vedomosti”yə Rusiya Prezident Administrasiyasına yaxın diplomatik mənbə məlumat verib.

Məlumata görə, Qırğızıstan prezidenti Qələbə Günündə Rusiyaya səfəri planlaşdırılan yeganə xarici liderdir.

Sadır Japarovun Qələbə gününə həsr olunmuş təntənəli mərasimlərdə iştirakı gözlənilir.

Xatırladaq ki, keçən il mayın 9-u günü Moskvaya heç bir xarici lider dəvət olunmamışdı.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bununla bağlı ona ünvanlanan sualı cavabsız qoyub. O, digər xarici liderlərin bayram münasibətilə Moskvaya gəlib-gəlməyəcəyi ilə bağlı suala şərh verməyib.

Mənbə: “Vedomosti”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir