Rusiyanın Saxalin vilayətindəki Korsakov dəniz ticarət limanında suda batmış barjada (yedək gəmisi – red.) araşdırmalar zamanı bədbəxt hadisə baş verib.
Hadisə limandakı gəmiqayırma zavodunda baş verib. Batmış gəmidə araşdırma aparan üç nəfər ölüb, daha iki nəfər isə yaralanıb.
Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsi məlumat verib.
İlkin məlumatlara görə, işçilərin sızma olub-olmadığını yoxlamaq üçün endiyi barjada daxili havalandırılma olmayıb və onlar boğularaq ölüblər. Yaralılar isə xəstəxanaya çatdırılıblar.
Ölüm faktı ilə bağlı cinayət işi başlanıb. Hadisə yerinə müstəntiqlər və kriminalistlər cəlb olunublar.
Mənbə: MK.ru
www.102info.az