İranın təhsil işçiləri: “Məktəblərə kimyəvi hücumlara küçələrdə cavab verəcəyik” – FOTO

Dünya


“Məktəblərə kimyəvi hücumlar davam edərsə, qarşıdakı həftələrdə bu çürük beyinlərin stereotiplərinə və yanlış addımlarına bütün ölkə üzrə müəllimlərlə birlikdə küçələrdə cavab veriləcək”.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İran Təhsil İşçiləri Həmkarlar İttifaqları Təşkilatlarının Koordinasiya Şurasının bəyanatında bildirilir.

Şura müəllim və şagirdlərlə bağlı valideynlərin təşəbbüsü ilə ən qısa zamanda müstəqil məktəb mühafizə komitələrinin yaradılmasına çağırış edib.

Həmçinin təklif edilib ki, kimyəvi hücumlar davam edərsə, bu komitələrin dəstəyi ilə dərslər küçədə keçirilsin.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir