Donbasda gecə döyüşləri şiddətlənib – VİDEO

Dünya


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Donetskin Kramatorsk şəhəri səhərə qədər Rusiya Ordusunun fasiləsiz mərmi atəşinə məruz qalıb.

“Baxmut, Avdeyevka, Mariinsk şəhərlərində isə vaqnerçilərin separatçılarla birgə 80-ə yaxın hücumunun qarşısı alınıb”, – deyə jurnalist əlavə edib.

M.Aslanovun sözlərinə görə, Ukraynanın Zaporojye və Xarkov vilayətlərində də vəziyyət gərginləşib:

“Xüsusilə Xarkovun İzyum və Rusiya ilə sərhəd bölgələrinə ötən gecə dayanmadan raket hücumları olub”.

Daha ətraflı Baku TV-nin süjetində:

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir