“Tarixi təhrif etməyə çalışan siyasi şarlatanlar yenidən səhnədədir!”.
Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamalarına reaksiya verərkən deyib.
Mövlud Çavuşoğlu bununla bağlı “Twitter” hesabında paylaşım edib.
“Tarixi təhrif etməyə çalışan siyasi şarlatanlar yenidən səhnədədir! Siyasi bəyanatlarla tarixi yenidən yazmaq olmaz. Bu mövqelərində israrlı olan fürsətçilər öz gizli niyyətləri və ikiüzlülükləri ilə xatırlanacaqlar. Böyük Türk millətinə tarix dərsi keçmək heç kimin həddi deyil”, – deyə nazir paylaşımda vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Bayden 1915-ci il hadisələri ilə bağlı erməni iddialarına dair verdiyi yazılı açıqlamada “soyqırımı” ifadəsini işlətmişdi.
Tarihi çarpıtmaya yeltenen siyasi şarlatanlar yine sahnede!
Siyasi açıklamalarla tarih yeniden yazılamaz.
Bu tutumlarında ısrar eden fırsatçılar, art niyet ve ikiyüzlülükleriyle hatırlanacaktır.
Yüce Türk Milleti’ne tarih dersi vermek kimsenin haddi değildir.#1915Olayları
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) April 24, 2023
Mənbə: Anadolu
www.102info.az