Ukrayna və Rusiya arasında “hər kəsin hər kəsə” formatında əsirlərin mübadiləsinə dair danışıqlar aparılır.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.
“Bəli, biz prinsipcə, buna yaxınlaşırıq”, – deyə o qeyd edib.
Kirill Budanov xatırladıb ki, bu günə olan məlumata görə, artıq 2200-dən çox insan dəyişdirilib (Ukraynanın əsirlikdən azad etdiyi insanların sayı – red.).
“Bu, dünya tarixində görünməmiş bir haldır. Heç kim belə danışıqlar aparmayıb. Bütün mübadilələr hərbi əməliyyatlar başa çatdıqdan sonra baş verir. Müharibə davam etdiyi müddətdə bu mümkün deyil”, – deyə Budanov vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-dən Ukraynanın Rusiya əsirliyindən 2235 ukraynalı kişi və qadını geri qaytardığını demişdi.
Mənbə: RBC-Ukrayna
www.102info.az