Çinin Fransadakı səfiri Lyu Şaye Krımın və keçmiş SSRİ respublikalarının statusu ilə bağlı söylədiklərinə görə ölkənin Xarici İşlər Nazirliyinə çağırılacaq.
Çinli diplomatı XİN-də Fransanın xarici işlər naziri Ketrin Kolonna kabinetinin rəhbəri Lui Vassi qəbul edəcək.
Həmçinin qeyd olunub ki, Lyu Şaye əvvəllər də açıqlamalarına görə dəfələrlə Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.
Mənbə: “Le Monde”
www.102info.az