Almaniyada aksiyaçılar özlərini asfalta yapışdırdılar – FOTO

Dünya


Almaniyadakı “Son Nəsil” hərəkatının üzvləri ölkə paytaxtında silsilə etiraz aksiyalarına başlayıblar.

Aksiyalar zamanı iştirakçılar kiçik qruplar şəklində müxtəlif pankartlarla küçələrə çıxaraq yolları bağlayıblar. Bir neçə ərazidə isə fəallar özlərini asfalta yapışdırıblar.

Bildirilir ki, ekoloji fəallar Berlində təxminən 30 müxtəlif yerdə nəqliyyatın hərəkətini dayandırmağa cəhd ediblər. Nümayişçilər bu yolla Almaniya hakimiyyətinin iqlim dəyişikliyi ilə mübarizə aparmaq istəməməsinə öz etirazlarını bildiriblər.

Mənbə: Der Spiegel

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir