İran hakimiyyəti son altı ayda yük gəmilərinin köməyi ilə Rusiyaya 300 mindən çox artilleriya mərmisi və bir milyon sursat çatdırıb.
Silah Xəzər dənizi ilə Rusiya gəmiləri tərəfindən daşınıb və sonradan Ukraynada döyüşən hərbçilərə göndərilib.
Yaxın Şərqdəki mənbələrin məlumatına görə, İrandan Rusiya üçün sonuncu silah partiya martın əvvəlində göndərilib. Silahlar Rusiyaya məxsus “Rəsul Həmzətov” yük gəmisilə daşınıb. Onun göyərtəsində içərisində 2000 artilleriya mərmisi olan 1000 konteyner olub.
Qeyd edək ki, nə İranın BMT-dəki nümayəndə heyəti, nə də Rusiya Müdafiə Nazirliyi bu məsələ ilə bağlı şərh verməyib.
Mənbə: The Wall Street Journal
www.102info.az