Azərbaycanın iştirakı ilə altı ölkə Avropada qaz sazişi imzalayacaq

Dünya


Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına doğru genişləndirməkdə davam edir.

Belə ki, aprelin 25-26-da Bolqarıstanın paytaxtı Sofiyada təbii qaz infrastrukturunun həcminin artırılmasına dair genişmiqyaslı sazişin imzalanma mərasiminin keçirilməsi gözlənilir.

Sənədi Azərbaycan, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya tərəfi imzalayacaqlar.

Bu saziş Azərbaycan təbii qazının Bolqarıstan vasitəsilə Mərkəzi Avropaya çatdırılmasına imkan verəcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir