Pakistanın Svat vadisinin şimal-qərbində terrorla mübarizə idarəsinin silah-sursat anbarının partlaması nəticəsində azı 13 nəfər həlak olub.
Ölkə polisi anbarlarda iki partlayışın baş verdiyini, ölənlərdən əlavə, daha 50 nəfərin müxtəlif dərəcəli xəsarət aldığını bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları sursatın elektrik şəbəkəsindəki qısaqapanma nəticəsində alovlandığını istisna etmirlər.
Ölənlərin əksəriyyəti anbarlarda işləyən polis əməkdaşları olub.
Hətta yaxınlıqdan keçən uşaqlı qadın da hadisə yerində həlak olub.
Yaralılardan bəziləri ağır vəziyyətdə xəstəxanadadırlar.

Mənbə: Reuters
www.102info.az