Türkiyədə dağıntılar altından çıxarılan 1800-dən çox uşağın ailəsi tapıldı – FOTO

Dünya


“Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdən sonra dağıntılar altından çıxarılan və qəyyumu olmayan 1914 uşaq qeydiyyata alınıb. Yoxlamalardan sonra 1808 uşaq ailələrinə təhvil verilib”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi özünün “Twitter” hesabında xəbər verib.

Bildirilir ki, 71 uşaq dövlət qayğısına götürülüb, onlardan 16-nın şəxsiyyəti hələ də müəyyən edilməyib. Bundan başqa 26 uşaq xəstəxanalarda müalicə alır.

Nazirlikdən o da bildirilib ki, doqquz uşaq xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Dağıdıcı zəlzələlərdə 7,3 min nəfəri əcnəbi olmaqla ümumilikdə 50,8 min nəfər həlak olub.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir