Deputatlar Özbəkistanda referendumu müşahidə edəcəklər

Dünya


Özbəkistanda ulu öndər Heydər Əliyevlə bağlı beynəlxalq konfrans keçiriləcək.

Bu barədə Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Cavanşir Paşazadə, Ağalar Vəliyev və deputat Malik Həsənov aprelin 26-da Daşkənd şəhərinə səfər edəcəklər.

Deputatlar “Heydər Əliyev İli” çərçivəsində Daşkənd Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində təşkil olunacaq “Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı, qurucusu, Azərbaycan-Özbəkistan dostluq və strateji əməkdaşlığının əsasçısı” adlı beynəlxalq konfransda iştirak edəcəklər.

Səfər çərçivəsində deputatlardan C.Paşazadə Milli Məclisin, A.Vəliyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA), M.Həsənov isə MDB Parlament Assambleyasının xətti ilə Özbəkistanın Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq referendumunu müşahidə edəcəklər.

Səfər mayın 2-də başa çatacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir