Rusiya tərəfi Moldova səfirliyinin əməkdaşını “persona non grata” elan edib. Moldova diplomatik missiyasının rəhbəri Lilian Dariyə müvafiq nota verilib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
“Aprelin 25-də Moldova Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Lilian Dari Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona rəsmi Kişineu tərəfindən Rusiyaya qarşı davam edən qeyri-dost addımlarla bağlı kəskin etiraz bildirilib. Dariyə nota təqdim edilib. Qeyd edilib ki, Moldova hakimiyyətinin aprelin 19-da Rusiyanın Moldovadakı səfirliyinin əməkdaşının “persona non grata” elan edilməsi ilə bağlı əsassız qərarına cavab olaraq Rusiya tərəfi Moldovadakı səfirliyin əməkdaşını “persona non grata” elan edir”, – deyə nazirlikdən bildirilib.
Rusiya, həmçinin bəzi Moldova rəsmilərinin müntəzəm anti-Rusiya bəyanatlarına, eləcə də Kişineunun Aİ-nin sanksiya siyahılarına daxil edilməsi ilə bağlı fikirlərinə cavab olaraq onların ölkəyə girişini qadağan edəcək.
Mənbə: TASS
www.102info.az