“Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və Azərbaycan arasında imzalanan Anlaşma Memorandumu iştirakçı ölkələr arasında əlaqələrin daha da gücləndirilməsinə və bu Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək”.
“Report”un Sofiyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu “Bulgartransgaz”ın icraçı direktoru Vladimir Malinov “Bulgartransgaz”, “Transgaz”, FGSZ, ”Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.
V.Malinov bugünkü imzalanma mərasimini reallığa çevirən siyasi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Xatırladaq ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev iştirak ediblər.
www.102info.az