Poçettino “Çelsi”nin sükanı arxasına gətirilir?

Dünya


“Çelsi”nin yeni baş məşqçisi Maurisio Poçettino olacaq.

İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, tərəflər bütün məsələlərdə razılığa gəliblər. Argentinalı mütəxəssis yaxın zamanda müqaviləni imzalayacaq.

51 yaşllı Poçettino son olaraq PSJ-ni çalışdırıb və 2022-ci ilin yayından işsizdir. O, daha əvvəl İngiltərədə “Sauthempton” (2013-2014-cü illər) və “Tottenhem”in (2014-2019-cu illər) baş məşqçisi olub.

“Çelsi” bir müddət əvvəl Qrem Potterlə yolları ayırdıqdan sonra komandanı mövsümün sonuna qədər Frenk Lemparda tapşırıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir