MİT-dən xüsusi əməliyyat: Suriyada PKK liderlərindən biri məhv edildi – FOTO

Dünya


Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində keçirdiyi əməliyyatda terror təşkilatı PKK/YPG-nin Rakka üzrə “məsul şəxsi” Mehmet Sarını zərərsizləşdirib.

Bu barədə təhlükəsizlik mənbələrindən xəbər verilib.

Bildirilir ki, kod adı “Baran Kurtay” olan terrorçu 2014-cü ildə Türkiyədəki terror fəaliyyətlərindən sonra Suriyaya yollanıb.

“PKK-nın qondarma rəhbərləri ilə Rakkada terror fəaliyyətlərində iştirak edən Sarı aprelin 14-də MİT-in Suriyanın Qamışlı bölgəsində təşkil etdiyi əməliyyatda məhv edilib”, – deyə məlumatda vurğulanıb.

Mənbə: “Anadolu”  Agentliyi

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir