Lavrov taxıl sazişi ilə bağlı sual verən qadın jurnalistin geyimini təriflədi – VİDEO

Dünya


Rusiya xarici işlər naziri Sergey Lavrov taxıl sazişi ilə bağlı sual verən jurnalistin paltarını tərifləyib.

Rusiyanın xarici işlər nazirinin sədrlik etdiyi BMT Təhlükəsizlik Şurasının iclasının birinci hissəsi başa çatdıqdan sonra o, təşkilatın baş katibi Antonio Quterreşlə görüşüb.

“Reuters”in qadın jurnalisti rusiyalı nazirdən taxıl sazişi ilə bağlı şərh verməsini xahiş edib. Sergey Lavrov taxıl müqaviləsinin “ölü” olub-olmaması ilə bağlı suala cavab verməyib. O, bu suala cavabında müxbirin geyimini tərifləyib.

“Gözəl paltardır”, – deyə o qeyd edib.

Mənbə: MK.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir