Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində Nyu-Yorka səfərindən sonra keçirilən mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mümkün görüşü barədə açıqlama verib.
“Prezidentlər belə bir görüşün əhəmiyyətli olacağını başa düşürlər”, – Lavrov bildirib.
Qeyd edək ki, bir müddət öncə Ərdoğan aprelin 27-də Akkuyuya nüvə yanacağının çatdırılması mərasimində Putinin videobağlantı vasitəsilə iştirak edəcəyini açıqlamışdı.
Mənbə: TASS
www.102info.az