İspaniyada polis ölkənin Mayorka adası yaxınlığında içərisində 3 şübhəlinin olduğu və 1200 kiloqram narkotik daşıyan kater təsbit edib.
Polis kateri təqib etməyə başlayıb.
Polisin şübhəliləri təqib etməsi və onların qaçmağa çalışdığı anlar saniyə-saniyə kameralara əks olunub.
İspaniya polisi keçirilən əməliyyatla bağlı açıqlama verib.
“Balear adalarında olan Mülki Mühafizə Qüvvələri Mayorka adasında qaçaqmalçılıqla məşğul olan bir kateri saxlayıb. Katerin Şimali Afrikadan Mayorka sahillərinə doğru yüksək sürətlə hərəkət etdiyi və içərisində narkotik maddə olan çox sayda bağlama daşıdığı məlum olub”, – deyə açıqlamada qeyd edilib.
Polis tərəfindən yayımlanan videogörüntülərdə şübhəlilərin idarə etdiyi katerin sürətlə sahilə doğru irəlilədiyi, polisin isə onları təqib etdiyi əks olunub. Daha sonra şübhəlilər sahilə ayaq basaraq qaçmağa başlayıblar və bu anlar da polis kamerasına düşüb.
Mənbə: Haber Global
www.102info.az