Gürcüstan əhalisinin 90%-i Aİ üzvlüyünü dəstəkləyir

Dünya


Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) tərəfindən aparılan ictimai rəy sorğusunun nəticələrinə görə, Gürcüstanın Avropa İttifaqına daxil olmasına dəstək 89%-ə yüksəlib.

Rəyi soruşulanların 75%-i Gürcüstanın Avropaya inteqrasiyasını tam, 14%-i isə qismən dəstəklədiyini bildirib.

IRI qeyd edib ki, ötən ilin payızında keçirilən əvvəlki sorğu ilə müqayisədə Aİ-yə üzvlük üçün dəstək 4% artaraq tarixi maksimuma çatıb.

“Gürcüstan vətəndaşlarının Avropa İttifaqına üzv olmaq və Qərbin demokratik institutlarına inteqrasiyanı davam etdirmək istəyi aydın və birmənalı şəkildədir”, – İnstitutun Avrasiya Bürosunun direktoru Stiven Niks bildirib.

Respondentlərin üçdə biri (34%) “siyasi qeyri-sabitliyi” Aİ-yə inteqrasiya yolunda əsas maneə hesab edir, 17%-i isə Aİ-nin tövsiyələrinin yerinə yetirilməməsini birliyə üzv olmaq üçün başlıca əngəl kimi görür.

Respondentlərin 65%-i Gürcüstanın NATO-ya daxil olmasının tərəfdarıdır, 9% isə qəti şəkildə əleyhinədir.

Sorğu 2023-cü il martın 4-dən 23-dək 1500 nəfər arasında aparılıb.

Mənbə: newsgeorgia.ge

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir