Yeni Zelandiyanın Şimal adasının sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 101 min nəfər əhalisi olan Lover Hutt şəhərindən 185 km şimal-şərqdə yerləşib.
Qeyd olunur ki, zəlzələ ocağı 15 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Sunami təhlükəsi elan edilməyib.
Mənbə: TASS
www.102info.az