Sudanda döyüşlər yenidən başlayıb

Dünya


Sudanda müvəqqəti atəşkəs razılaşmasına baxmayaraq, bəzi bölgələrdə döyüşlər yenidən başlayıb.

Aprelin 25-i axşam saatlarında Omdurman şəhərində atışma və partlayış səsləri eşidilib. Orada ordu çevik reaksiya qüvvələrinə zərbələr endirmək üçün PUA-lardan istifadə edib.

Bəhri rayonundakı neft emalı zavodundan silahlı qüvvələrin qırıcılarını qovmaq üçün də oxşar zərbələr tətbiq edilib.

Xatırladaq ki, aprelin 15-də Sudanın paytaxtı Xartum və bir sıra digər şəhərlərdə ordu ilə çevik reaksiya qüvvələri arasında döyüşlər başlayıb.

Mənbə: Reuters

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir