Rusiya XİN Finlandiyaya xəbərdarlıq etdi

Dünya


Rusiya Xarici İşlər Nazirliyi Finlandiyaya xəbərdarlıq edib.

Nazirlik ölkədəki Rusiya daşınmaz əmlakına qoyulan qadağaya cavab olaraq müəyyən tədbirlərin görülə biləcəyi ilə hədələyib.  

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, aprelin ortalarında Finlandiyanın məhkəmə icraçıları xidməti Rusiya Elm və Mədəniyyət Mərkəzinin idarəçiliyində olan torpaq sahəsi üzərindəki xidməti binaya, habelə Helsinkidə bir neçə mənzilə müvəqqəti həbs qoyub. Bununla bağlı verilən açıqlamada bildirilib ki, müvafiq qərar həmin obyektlərin sanksiyalar çərçivəsində həbs edilməsi zəruri olan aktivlər siyahısında olub-olmamasının öyrənilməsi məqsədilə verilib.

Rusiya səfirliyi Finlandiya Xarici İşlər Nazirliyinə nota göndərdikdən sonra torpaq sahəsinə və onun üzərində yerləşən binaya qoyulan qadağa aradan qaldırılıb. Lakin Rusiya tərəfinə mənzillərlə bağlı hər hansı izahat verilməyib. “Mövcud vəziyyətin yoluna qoyulması ilə bağlı təklifdən imtina edilərsə, Rusiya tərəfi cavab tədbirləri görməyə məcbur olacaq”, – deyə Rusiya XİN xəbərdarlıq edib.

Mənbə: Lenta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir