Britaniya nəşri Rusiyanın ABŞ-yə xəbərdarlıq siqnallarından yazdı

Dünya


“Rusiya xarici işlər naziri Sergey Lavrovun BMT Təhlükəsizlik Şurasının iclasında iştirak üçün Nyu-Yorka səfəri ərəfəsində ABŞ hakimiyyəti iki xəbərdarlıq siqnalı alıb”.

Bu sözləri “Daily Express” Britaniya nəşrinin analitiki Pol Uizers öz məqaləsində qeyd edib.

O bildirib ki, ABŞ hakimiyyəti bir neçə rusiyalı jurnalistə ABŞ vizası verməyib və Vaşinqtonun bu qərarı Moskvada kəskin tənqid olunub.

Xüsusilə Lavrov Nyu-Yorka getməzdən əvvəl ABŞ-ni qorxaqlıqda ittiham edib. O vurğulayıb ki, Rusiya Amerika tərəfinin bu addımını unutmayacaq və bağışlamayacaq. Uizers bu məqamı Moskvadan gələn ilk xəbərdarlıq kimi xarakterizə edib.

Analitikin fikrincə, növbəti təhlükə barədə xəbərdarlıq Lavrovun müavini Sergey Ryabkov tərəfindən səsləndirilib. Onun sözlərinə görə, Moskva elə şəkildə cavab verəcək ki, ABŞ bunu uzun müddət unutmayacaq.

Uizers belə qənaətə gəlib ki, vəziyyət hələ Lavrovun Nyu-York səfərindən əvvəl gərgin olub.

Mənbə: İzvestiya

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir