Böyük Britaniya kralı “Avroviziya” səhnəsini açdı – FOTO

Dünya


Böyük Britaniya kralı III Çarlz və Kraliça Kamilla Liverpulda “Avroviziya 2023”-ün səhnəsinin təntənəli şəkildə açılışını ediblər.

Kral cütlüyü mayın 9-dan 13-dək beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi edəcək Liverpuldakı “M&S Bank Arena”nın əsas səhnəsində işıqları yandırıblar. Əlahəzrət və xanımı “Avroviziya 2023”ün aparıcıları – ukraynalı müğənni Yuliya Sanina, komediya ustası Qrem Norton, aktrisa Hanna Uoddinqem və ifaçı Alişa Diksonu da salamlayıblar.

Qeyd edək ki, Böyük Britaniya 25 ildən sonra ilk dəfə yarışmaya ev sahibliyi edəcək. Sonuncu dəfə beynəlxalq mahnı müsabiqəsi krallıqda 1998-ci ildə Birmingemdəki “Barclaycard Arena”da keçirilib.

Mənbə: İnterfax

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir