Azərbaycanlı zabit ukraynalıların həyatını xilas etdi – VİDEO

Dünya


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Donetsk vilayətinin Kramatorsk, Konstantinovka, Drujovka şəhərləri gecədən səhərə qədər Rusiya ordusunun raket hücumlarına məruz qalıb.

Məlumata görə, hazırda əsas döyüşlər Baxmut və Avdeyevka şəhərlərində gedir:

“Baxmutun mərkəzini, cənubunu və şərqini tutan Rusiya ordusu həmin istiqamətdə dayandırılıb və ağır döyüşlər gedir”.

O da bildirilib ki, ötən gün Baxmutda azərbaycanlı zabit ona yaxın ukraynalı əsgərin həyatını xilas edib və onların əsir düşməsinə mane olub.

Ətraflı videonu təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir