“Avropa ölkələri bu il Rusiya neftinin yarısından azını əldə edəcəklər”.
Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə Rusiya əvvəllər Avropanın payına düşən 220 milyon ton neft və neft məhsullarının 140 milyon tonunu Asiyaya yönləndirəcək.
“Rusiya artıq Avropaya tədarük olunan neft və neft məhsullarının təxminən 20%-ni Asiya bazarlarına yönləndirib, bu, təxminən 40 milyon ton təşkil edir, bu il onlara daha 100 milyon ton əlavə olunacaq, 80-90 milyon ton isə Qərbdə qalacaq”, – o əlavə edib.
Ümumilikdə, əvvəllər Avropanın payına düşən neft və neft məhsullarının 60%-dən çoxu bu il Asiya bazarlarında olacaq.
Mənbə: Vestnik Kavkaza
www.102info.az